• #7: Anar Qarayev - Offshore əməliyyatlarında risklərin idarəedilməsi

    “SafeTalks” layihəsinin 7-ci buraxılışının qonağı “BOS Shelf” şirkətinin Korporativ SƏTƏMM meneceri Anar Qarayev offshore əməliyyatlarda risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi mexanizmləri, təhlükəsizlik idarəetməsinin əməliyyat proseslərinə inteqrasiyası haqqında fikirlərini bölüşür.

    51m - Jan 7, 2026
  • #6: Emil Manafov - Sənaye mühitində nəsillərarası fərqlər və təhlükəsizlik yanaşmaları

    “SafeTalks” layihəsinin 6-cı buraxılışında qonağımız Emil Manafov “Sənaye mühitində nəsillərarası fərqlər və təhlükəsizlik yanaşmaları” mövzusunda fikirlərini bölüşür. Bu buraxılışda sənaye sektorunda nəsillərarası fərqlərin təhlükəsizlik mədəniyyətinə, idarəetmə tərzinə və iş mühitinin effektivliyinə təsiri peşəkar aspektdən təhlil olunur. Fərqli nəsillərin əmək mühitinə və təhlükəsizlik dəyərlərinə yanaşmaları haqqında maraqlı müzakirəni qaçırmayın.

    51m - Oct 24, 2025
  • #5: Amil Calalov - Ətraf Mühitin İdarəedilmə Sistemi və Azərbaycan Reallığı

    5-ci epizodda qonağımız Amil Calalov ilə ətraf mühitin idarəedilmə sisteminin Azərbaycandakı mövcud vəziyyəti və reallıqları barədə danışırıq. Söhbət zamanı həm dövlət, həm də özəl sektorun bu sahədəki rolu, mövcud problemlər və perspektivlər müzakirə olunur. Bu epizodda ekoloji idarəetmənin gündəlik həyatımıza təsirləri və gələcək inkişaf imkanları barədə söhbətlər sizi gözləyir.

    26m - Sep 16, 2025
  • #4: Arda Özkıyıcı - Təhlükəsizlik sahəsində texnoloji yeniliklər və innovativ həllərin tətbiqi

    “Safe Talks” layihəsinin 4-cü buraxılışı texnologiya və innovasiyaların sənaye təhlükəsizliyində rolu mövzusuna həsr olunub. Bu dəfə qonağımız Arda Ozkiyici, təhlükəsizlik sahəsində müasir texnologiyaların tətbiqi, innovativ həllərin gətirdiyi üstünlüklər və gələcək perspektivlər barədə dəyərli baxışlarını paylaşacaq.

    46m - Aug 22, 2025
  • #3: Eldəniz Əmirov - İqtisadi böyümə və Sənaye Təhlükəsizliyi - Prioritetlər toqquşurmu?

    3-cü bölümdə Eldəniz Əmirov ilə sənaye təhlükəsizliyi ilə iqtisadiyyat arasındakı balansın necə qurulduğunu və bu iki prioritetin hansı hallarda bir-birinə zidd getdiyini danışacağıq. Müasir iqtisadi inkişaf modeli təhlükəsizliyi nə qədər nəzərə alır? Praktik nümunələrlə bu balansın mümkün olub-olmadığını müzakirə edəcəyik.

    46m - Aug 1, 2025
  • #2 Elgün Səfiyarov - Təhlükəsizlik sistemlərinin idarə olunmasında müasir tələblər

    2-ci bölümdə Elgün Səfiyarovun sahə praktikasından götürülmüş nümunələr və tövsiyələr sizə təhlükəsizlik sistemlərini həm texnoloji, həm də təşkilati baxımdan modern tələblərə uyğun formalaşdırılmasında məlumat verəcək.

    53m - Jul 17, 2025
  • #1 Zibeydə Əliyeva - Sənaye Təhlükəsizliyində Gender Məsələləri

    Zibeydə Əliyeva ilə SƏTƏMM sahəsində inklüzivlik və gender bərabərliyi mövzusunda dərin və maarifləndirici müzakirələr sizi gözləyir.

    53m - Jun 19, 2025
Paused
Audio Player Image
Safe Talks
Loading...