SHOW / EPISODE

Cümə xütbəsi: Özünə nəzarət #6 | Hacı Ramil Bədəlov

35m | Oct 21, 2026

İnsan nə üçün daim özünə nəzarət etməlidir? Qurani-Kərimdə zikr anlayışı özünə nəzarətin vacibliyini necə əsaslandırır? Allahı yalnız dillə zikr etmək kifayətdirmi, yoxsa zikrin daha yüksək mərtəbələri də vardır?🎙 Hacı Ramil Bədəlovun təqdimatında “Cümə xütbəsi”nin “Özünə nəzarət” mövzusuna həsr olunmuş 6-cı bölümündə zikrin mahiyyəti, onun müxtəlif mərtəbələri və insanın mənəvi kamilləşməsində müraqibətin (özünə nəzarətin) əhəmiyyəti Qurani-Kərim ayələri, hədislər və ariflərin izahları əsasında şərh olunur.📌 Bu bölümdə:▪️ İnsan nə üçün özünə nəzarət etməlidir və bunun Qurani-Kərimdəki dəlili nədir?▪️ Zikr nədir və onun lüğəvi mənası necə izah olunur?▪️ Zikrin dörd mərtəbəsi: vird, qəlbi zikr, əməli zikr və müraqibət▪️ Dil ilə edilən zikrin qəlb hazır olmadıqda belə faydası varmı?▪️ Zikrin insan qəlbinə və mənəvi inkişafına təsiri▪️ Allahı zikr edərkən ixlası qorumağın və riyakarlıqdan uzaq durmağın əhəmiyyəti▪️ Qəlbi zikr nədir və Allahı xatırlamaq qəlbə necə aramlıq gətirir?▪️ Əməli zikr nədir və insanın gündəlik davranışlarında necə təzahür edir?▪️ Günahdan çəkinərkən və yaxşı əməl edərkən niyyətin əhəmiyyəti▪️ Müraqibət nədir və nə üçün mənəvi kamilləşmənin təməl daşı hesab olunur?▪️ İnsanın hər bir vəziyyətdə özünü Allahın hüzurunda hiss etməsi▪️ Qurani-Kərimdə Allahı çox zikr etməyin əhəmiyyəti və az zikr edənlərin məzəmmət olunması

Paused
Audio Player Image
Hacı Ramil Bədəlov - Cümə Xütbələri
Loading...