- Podkastlar #33 | Bakı milyonçuları
Sonuncu efirimizdə Zamiq Məmmədovun təqdimatında Bakı milyonçuları haqqında danışıldı. Bakı milyonçularının Azərbaycan tarixində əvəzsiz rolu vardır. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən binalar məhz onların adı ilə bağlıdır.
6m - Jun 5, 2023 - Podkastlar #32 | Talış xalçaları
Növbəti efirimizdə Zümrüdün təqdimatında Talış xalçaları haqqında danışıldı. Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Özünəməxsus naxışları ilə seçilən Talış xalçaları da Qarabağ xalçaçılıq məktəbinə daxildir.
5m - Jun 5, 2023 - Podkastlar #31 | Kişi ləqəbli qadın yazıçı
Xanım Muxtarovanın təqdimatında Fransanın ilk qadın yazıçısı kimi tanınan Jorj Sand haqqında danışıldı. Kişi kimi geyinib, kişi ləqəbi ilə də əsərlər yazan bu xanım Fransa mətbuatında “kişi üzlü qadın yazıçı” kimi məşhurdur. Qeyd edək ki, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında çəkilmiş “Təhminə və Zaur” filmində səslənən musiqini də elə Şopenin Jorj Sanda həsr etdiyi deyilir.
7m - Jun 5, 2023 - Podkastlar #30 | Vəsiyyətlə yaranan mükafat
Növbəti efirimizdə Orxan Alpaşayevin hazırlamış olduğu Nobel mükafatları haqqında danışıldı. Nobel mükafatı dünyanın ən nüfuzlu mükafatları sırasındadır. İxtiraçı ve sənayeçi Alfred Bernard Nobelin soyadını daşıyan mükafatın maraqlı təsis edilmə tarixi var.
6m - Jun 5, 2023 - Podkastlar #29 | XIX əsrin rəngli kəşfi
Əjdər Hüseynovun təqdimatında XIX əsrin rəngli kəşfi - İşıqforlar haqqında məlumat verildi. İşıqfor- öz rəngləri ilə nəqliyyatın təhlükəsizliyini təmin edən qurğudur. Gündəlik həyatımızın demək olar ki, ayrılmaz hissəsi olan bu qurğu və onun yaranması haqqında maraqlı məlumatlar mövcuddur.
3m - Jun 5, 2023 - Podkastlar #28 | Atom kəşf edən peşman alim
Pərvin Quliyevanın təqdimatında Albert Enşteyn haqqında danışıldı. Eynşteyn bütün dünyada ən populyar fizik və alim olub. Fizika sahəsində fotoeffektlə bağlı işlərinə görə Nobel mükafatına layiq görülüb.
5m - Jun 5, 2023 - Podkastlar #27 | Dilənçilər, yoxsa küçə sənətkarları?
Növbəti efirimizdə qaraçılar haqqında Sevil Rəsulzadə məlumat verdi. Onlar 12-ci əsrdən başlayaraq, bütün dünyaya yayılan hind-avropa mənşəli xalqlardır. Qaraçıların öz mədəniyyətləri də mövcuddur.
5m - Jun 5, 2023 - Podkastlar #26 | Kimi üçün dəli, kimi üçün dahi - Dostoyevski
Aynur Nəbilinin təqdimatında XIX əsrdə Qərbdə səs salan üç oxunaqlı yazardan biri Fyodor Mixayloviç Dostoyevski haqqında danışıldı. Yalnız rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının da inkişafında mühüm işlər görmüş yazarla vida mərasiminə 30.000 dən çox insanın qatıldığı deyilir.
7m - Jun 5, 2023 - Podkastlar #25 | İnsanlığın qalıcı yaddaşı - Kitabxanalar
Növbəti efirimizdə insanlığın qalıcı yaddaşı - kitabxanalar haqqında Nuranə Rəhimova məlumat verdi. Özümüzü tanımaq üçün bizə kitabxanalar lazımdır. Kitab isə həm də mədəniyyətdir.
6m - Jun 5, 2023 - Podkastlar #24 | Unudulmaz Rəşid Behbudov
Pərvanə Sadıqovanın təqdimatında unudulmaz Rəşid Behbudov haqqında danışıldı. Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verir. Rəşid Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında da töhfələri olduqca çoxdur.
8m - Jun 5, 2023 - Podkastlar #23 | Azərbaycanın ilk qadın bəstəkarı- Ağabacı Rzayeva
Rəna Hüseynovanın təqdimatında Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayeva haqqında danışıldı. Uzun illər uşaqlarının sevimli mahnısına çevrilən “Kukla” Ağabacı xanımın musiqi xəzinəsinə bəxş etdiyi bənzərsiz nümunələrindən biridir. Xoş melodiyalı, qəlblərə yatan mahnıların müəllifi olan Ağabacı Rzayeva Azərbaycan musiqi tarixində özünəməxsus iz qoyub.
6m - Jun 5, 2023 - Regionlar Danışır #18 | Mülayim insan, mülayim aktyor Telman Adıgözəlov
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində Baləkəndə dünyaya göz açmış sənətkar, aktyor Telman Adıgözəlov haqqında söhbət açdıq. Geniş kütlənin sevdiyi aktyor 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülür. Mülayim insan, mülayim aktyor Telman Adıgözəlov 57 il ömür sürsə də, yaratdığı obrazlarla tamaşaçıların qəlbində hələ uzun illər yaşayacaq.
2m - Jun 5, 2023 - Regionlar Danışır #17 | Balakənlilərin sığınacağı - Pəri qala
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində yüksək dağ başında, Hun keçidi adlanan yerdə tikilən Pəri Qalası haqqında danışdıq. Pəri qalası alınmaz hesab edildiyi üçün balakənlilərin sığınacaq yeri olub. Bugün öz ilkin hərbi-strateji funksiyasını itirsə də Qala qədimi mədəniyyət obyekti kimi Azərbaycanlıların və qonaqların diqqət mərkəzindədir.
2m - Jun 5, 2023 - Regionlar Danışır #16 | Balakən mətbəxinin "Günəş"i
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində özünəməxsus mətbəxi ilə seçilən rayonlardan biri Balakən rayonu haqqında danışdıq. Balakən mətbəxini nəql etmək üçün Maxaranı misal göstərmək olar. El adətinə görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər. Balakən mətbəxinə bələd olmaq üçün maxaranı dadmağa dəyər.
1m - Jun 5, 2023 - Regionlar Danışır #15 | Müsəlman şərqinin ilk opera yaradıcısı
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov haqqında danışdıq. Üzeyir bəy həmçinin Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Azərbaycanda milli musiqi günü kimi qeyd olunur.
2m - Jun 5, 2023 - Regionlar Danışır #14 | Sak düzünün qədim şəhəri
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində Zaqatala rayonu haqqında danışdıq. Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Baş Qafqaz dağlarının cənub yamaclarında “Zaqatala” Dövlət qoruğu yaradılıb.
2m - Jun 5, 2023 - Regionlar Danışır #13 | Azərbaycan professional vokal sənətinin Bülbülü
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində Azərbaycan professional vokal sənətinin Bülbülü adlandırılan Murtuza Məmmədovdan söhbət açdıq. Bülbülün sənətinin böyüklüyünü hiss etmək üçün onun mükafatlar siyahısına baxmaq bəs edər. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
2m - Jun 5, 2023 - Regionlar Danışır #12 | Qədim Alban tayfalarının yadigarı - İngiloylar
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu olan İngiloylar haqqında danışdıq. İngiloylar 26 qədim alban tayfasından biri olan gellərdir. İngiloyların yaşadıqları rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada digər azsaylı xalqların nümayəndələri də yaşayırlar.
2m - Jun 5, 2023 - Regionlar Danışır #11 | Dədə Qorqud ruhu yaşayan məkan
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində Balakən rayonu haqqında danışdıq. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə olan rayon respublikanın şimal – qərb qurtaracağında son dayanacaqdı. Balakən bölgəsi etnik müxtəlifliyi ilə fərqlənən ərazidir.
2m - Jun 5, 2023 - Regionlar Danışır #10 | Qafqaz ruslarının kəndi - İvanovka
“Regionlar Danışır” verilişinin bu dəfəki efirində İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşən İvanovka kəndi haqqında danışdıq. Kənddə ruslar, ukraynalılar, yəhudilər, tatlar, ləzgilər yaşayırlar. Həmçinin kənddə geniş qeyd olunan bayramlardan biri də 9 May –Qələbə Günüdür.
3m - Jun 5, 2023
